• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Çovdarov əmlaklarını geri istəyir

CƏMİYYƏT

27 Dekabr 2023 | 14:19 | Müəllif: Qalib İbrahimoğlu

Çovdarov əmlaklarını geri istəyir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov müsadirə edilmiş əmlaklarını geri qaytarmaq uğrunda mübarizəni davam etdirir.

Bakıvaxtı.az-ın məlumatına görə, keçmiş məhkum Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından kassasiya şikayəti verib. 

Eks MTN-çi qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir. Şikayətə gələn il Ali Məhkəmədə baxılacaq.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklakın dövlət nəfinə müsadirəsinə qərar verib./qafqazinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026