ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri koronovirus peyvəndini həb formasına gətirmək üçün qol çırmayıblar.
Bakıvaxtı.az xəbər verir ki, Pfizer-BioNTech peyvəndi kimi mRNA ilə hazırlanmış COVID-19 həbinin peyvənddən daha effektiv qoruma təmin edəcəyi gözlənilir.
Alimlər peyvəndi həbə çevirməyə bir addım daha yaxınlaşdıqlarını açıqlayıblar.
Sən demə, koronovirus pandemiyası zamanı bir qism insan iynə vurdurmaqdan qorxduğu üçün peyvənd olunmayıb.
Mütəxəssislər yeni kəşflə bu vəziyyətin qarşısını almağı planlaşdırırlar.
Əvvəllər mRNT əsaslı dərmanlar insanın həzm sisteminə zərər verdiyi üçün ağız yolu ilə qəbul edilmirdi (aztibb.az). Yeni hazırlanan həbin həzm sisteminə zərərinin qarşısının alınacağı bildirilir.
İlk olaraq, alimlər donuzların mədələrinə 150 mikroqram mRNT çatdırmaq üçün həbdən uğurla istifadə etdiklərini bildiriblər.
Hələ insanlar üzərində sınaqdan keçirilməyən həbin tərkibindəki mRNT nisbətinin Pfizer-BioNTech ilə müqayisədə 5 dəfə yüksək olduğu da vurğulanıb.
















