• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DAŞQIN: Onlarla insan damlarda ilişib qalıb - Ölənlər var

CƏMİYYƏT

16 Sentyabr 2022 | 17:39

DAŞQIN: Onlarla insan damlarda ilişib qalıb - Ölənlər var

Cümə axşamı günü yağan leysan yağışlar Ankona şəhəri və ətrafında böyük dağıntılara səbəb olub.

Onlarla insan gecə saatlarında qapalı qaldıqları binaların damlarından və ağac zirvələrindən xilas edilib, səhər saatlarında 10 nəfərin meyitinin tapıldığı xəbəri gəlib.

Bakıvaxtı.az xəbər verir ki, təxminən 50 nəfər hipotermiya və xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət orqanları ikisi uşaq olmaqla 4 nəfərin hələ də itkin düşdüyünü bildirir. Daşqından zərər çəkmiş Castelleone di Suasa şəhərinin meri Karlo Manfredi bölgədəki vəziyyəti "apokaliptik" adlandırıb.

Dünən yağan yağışların qeyri-adi dərəcədə güclü olduğunu bildirən Marche bölgəsi Mülki Müdafiə direktoru Stefano Stefoni "2-3 saat ərzində 420 mm yağıntı baş verdi ki, bu da normal olaraq bir ildə bölgəyə düşən yağıntının yarısı qədərdir" Sassoferrato Bələdiyyə Başçısı Maurizio Greci daşqından əvvəl yalnız aşağı səviyyədə yağış və külək xəbərdarlığının alındığını və belə bir fövqəladə hadisənin olacağını gözləmədiklərini söylədi. Milli meteorologiya agentliyi Italia Meteo-nun direktoru Carlo Cacciamani iqlim dəyişikliyinin Marchedəki daşqınlarda böyük rol oynadığını və belə hadisələri proqnozlaşdırmaq çətin olduğunu söylədi.

Aytac Aslan


DAŞQIN: Onlarla insan damlarda ilişib qalıb - Ölənlər varDAŞQIN: Onlarla insan damlarda ilişib qalıb - Ölənlər var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR