Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün Naxçıvan şəhəri, Əcəmi 4, ev 25 ünvanında qeydə alınıb. Qaz sızması nəticəsində 1996-cı il təvəllüdlü Məmmədli Gülnar Kamil qızı, 2000-ci il təvəllüdlü Məmmədli Duyğu Orxan qızı və 2016-cı il təvəllüdlü Məmmədli Gülşən Orxan qızı zəhərlənib.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin sabit olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /APA


jpg-1681107449.jpg)













