• Bakı 14° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Dənizdə itkin düşən həkimdən 40 gündür niyə XƏBƏR yoxdur?

CƏMİYYƏT

05 Noyabr 2025 | 16:57

Dənizdə itkin düşən həkimdən 40 gündür niyə XƏBƏR yoxdur?

Həkim Tural Sultanovun gəmidə itkin düşməsindən 40 gün ötür.

Bakıvaxtı.az
xəbər verir ki, hələ də axtarışları aparılan həkimin nə ölüsündən, nə də dirisindən xəbər var.

Qeyd edək ki, T.Sultanovun ailəsi sentyabrın 27-dən bəri ondan xəbər ala bilmir.

Anası Aygün Sultanova oğlunun iyulun sonunda işə getdiyini və avqustun sonunda evə dönməli olduğunu söyləyib. Lakin, avqustun 17-də oğlunun gəmidə olduğu, ad gününü gəmidə qeyd etdiyi bildirilib.

A.Sultanova gəminin içindəki kameraların görüntülərinin göstərilmədiyini və oğlunun itkin düşdüyü hadisə ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyindən gileylənib.
 


SON XƏBƏRLƏR