Tünd şokoladın faydaları saysız-hesabsızdır. Belə ki, xərçəng, Parkinson və Alzheimer xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
Antioksidan xüsusiyyəti yüksək olan tünd şokolad tərkibindəki filatinamin maddəsi ilə xoşbəxtlik hormonunun ifrazına kömək edir, eyni zamanda, bədəndəki faydalı bakteriyaların çoxalmasına şərait yaradır.
Bakıvaxtı.az xəbər verir ki, Tokat Dövlət Xəstəxanasının Dietoloqu Esra Koçak gündə 20 qram qara şokolad istehlak etməyin faydalı olduğunu bildirib: "Tünd şokolad antioksidant xüsusiyyətləri yüksək olan qidadır. Bu xüsusiyyəti ilə toxuma zədələnmə, xərçəng, Parkinson və Alzheimer kimi xəstəliklərin qarşısını alır. Tünd şokolad qan təzyiqini aşağı salmaqda təsirli olur. Bu halda ürək xəstəlikləri riskini azaldır".
Dietoloq qeyd edib ki, kakao ağacı paxlasından hazırlanan tünd şokolad faydalı qidadır və araşdırmalarla sübut olunub. Onun sözlərinə görə, ilk növbədə şokoladın tünd hesab olunması üçün tərkibində ən azı 50% kakao yağı olmalıdır. Sağlamlıq faydalarından danışmaq üçün kakao yağının faizi ən azı 70% olmalıdır.
Qidalandırıcı xüsusiyyətlərə malikdir, həzmə kömək edir. Dəmir, maqnezium, mis, sink, selen və kalium kimi əhəmiyyətli miqdarda mineralları ehtiva edir. Tünd şokolad yüksək antioksidan xüsusiyyətlərə malik qidadır. Bu xüsusiyyəti ilə toxuma zədələnməsinin qarşısını alır və xərçəng, Parkinson, Alzheimer kimi xəstəliklərdən qorunmağa kömək edir. Tünd şokolad qan təzyiqini salmaqda təsirlidir. Bu vəziyyətdə ürək xəstəlikləri riskini azaldır. Həmçinin deyə bilərik ki, tünd şokolad depressiyanın şirin dərmanıdır.
Tərkibindəki filatinamin maddəsi xoşbəxtlik hormonunun ifrazına kömək edir və tünd şokoladın istehlakının bədəndəki faydalı bakteriyaların miqdarını artırdığı da müşahidə olunub. Tünd şokoladdan düzgün faydalanmaq üçün kakao tərkibli və şəkərsiz olana üstünlük verilməli, gündə 20 qramı keçməməliyik.
Ay Tac