• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Cavanşir Feyziyev daha bir vəzifəsindən çıxarıldı

SİYASƏT

14 May 2022 | 12:00 | Müəllif: Subhan Mahmudov

Cavanşir Feyziyev daha bir vəzifəsindən çıxarıldı

Milli Məclisin deputatları-Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədəparlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputatlar Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.

Qeyd edək ki, daha əvvəl Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavanşir Feyziyev idi.

Xatırladaq ki, C.Feyziyev Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən də azad olunub (report.az). Onu bu vəzifədə Milli Məclisin deputatı Soltan Məmmədov əvəzləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026