Aprelin 28-30 tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu gün ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.
Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.









jpg-1684750084.webp)










