• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Niyə daha çox neqativ paylaşımlar edilir?

CƏMİYYƏT

22 May 2023 | 13:39 | Müəllif: Qalib İbrahimoğlu

Niyə daha çox neqativ paylaşımlar edilir?

Son illər baş verən hadisələr, onsuz da, real həyatda insanlara kifayət qədər pis təsir edir. Əksəriyyət günün gərginliyindən uzaqlaşmaq üçün sosial şəbəkəyə girib başını qatmaq, pozitiv paylaşımlar izləmək istəyir. Lakin çox vaxt hər şey tam əksinə olur. Belə ki, Azərbaycanda sosial şəbəkədə daha çox neqativ hadisələr, ölən insanların videoaları, ölüm anları paylaşılır. Bu da izləyicilərə çox pis təsir edir, psxioloji problemlər yaradır.

Psixoloq Elmir Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sosial şəbəkədən asılılıq deyilən bir məfhum var: “Bu, bütün dünyada geniş yayılıb. Sadəcə Azərbaycanda sosial şəbəkədə neqativ kontentlərə daha çox rast gəlirik”.

Onun sözlərinə görə, daha çox bədbəxt hadisələrin işıqlandırılması, əlbəttə, həssas insanlarda həyacan, təşviş pozuntusu, gərginlik, stress yaradır: “Çox yaxşı olardı ki, bu cür xəbərlər az verilsin. Bunu paylaşan şəxs də məsuliyyəti dərk etməlidir ki, həssas insanlar həmin paylaşıma baxdıqda özünü narahat hiss edə bilər. Onlar düşünürlər ki, bu, mənim, yaxınlarımın, doğmalarımın da başına gələ bilər. Sosial şəbəkən asılı insanlarda belə bir qorxu var ki, bir hadisə baş verər, mənim xəbərim olmaz”.

Psixoloq qeyd edib ki, elə insanlar davamlı olaraq xəbərləri izləyirlər: “Misal üçün, telefon asılılığı var. Telefon yanında olmayanda adam özünü narahat, gərgin hiss edir. Azərbaycanda da elə insanlar var, telefonu evdə qoymur, daim yanında gəzdirir. Bu o demək deyil ki, onun telefonunda pis bir şey var, sadəcə telefon yanında olanda özünü güvəndə hiss edir, asılıdır. Sosial şəbəkə asılılığı da belədir. Belə neqativ hadisələrin paylaşılması stress, həyacan, təşviş və fobiya və s. psixoloji pozuntuların insanlarda artmasına rəvac verir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR