• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

DİQQƏT! Bakıda 33 küçədə sürət həddi endirildi

CƏMİYYƏT

20 Sentyabr 2022 | 14:32 | Müəllif: Qalib İbrahimoğlu

DİQQƏT! Bakıda 33 küçədə sürət həddi endirildi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi paytaxtda yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Bakıvaxtı.az-a bildirilib ki, bu çərçivədə ilk dəfə olaraq paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib. Zonaya paytaxtın mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir.

Artıq zonaya daxil olan küçələrdə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

Məlumat üçün qeyd edək ki, 30 km/saat sürət limitli zonanın bır sıra üstünlükləri vardır. Belə ki,

1. Yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılması;

2. Yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərlərin azaldılması;

3. Hava keyfiyyətinin yüksəldilməsi;

4. Sosial mühitin inkişafı;

5. Səs kirliliyinin azaldılması;

6. Piyada hərəkətin, velosipedlərdən istifadənin stimullaşdırılması.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026