Dövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondu 2 milyon 636 min 206 manat olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 21-də imzaladığı Fərmanda əksini tapıb.
Sənəddə qeyd olunub ki, Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsinin vəsaiti, Agentliyin öz fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarət funksiyaları ilə bağlı yığımlar, ianələr, qrantlar, cəlb edilən investisiyalar və qanunla qadağan edilməyən digər vəsait hesabına formalaşır.