• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət qulluğuna qəbul qaydası dəyişdi

CƏMİYYƏT

08 Aprel 2024 | 14:38

Dövlət qulluğuna qəbul qaydası dəyişdi

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsi zamanı müsabiqənin test imtahanı mərhələsindən azad edilən namizədlərin siyahısı dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

İnformasiya texnologiyaları sahəsində vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad ediləcəklər.

Qeyd edək ki, bundan əvvəl ali təhsil tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026