• Bakı 17° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Dövlət şirkətlərinin məhkəmə çəkişməsi davam edir

Gündəm

03 Dekabr 2022 | 11:41

Dövlət şirkətlərinin məhkəmə çəkişməsi davam edir

“Azərbaycan Dəmir Yolları" QSC 2 kommersiya qurumunu məhkəməyə verdi, onlarda biri dövlət şirkətidir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, QSC Bakı Kommersiya Məhkəməsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-yə və “BİSERA LTD” MMC-yə qarşı iddi qaldırıb.

"3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-yə qarşı iddiaya 21.12.2022-ci il tarixində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxış iclası təyin edilib. İşin mahiyyətini öyrənmək mümkün olmayıb.

“BİSERA LTD” MMC ilə bağlı kommersiya işinin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Bu iş üzrə məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İbRa


SON XƏBƏRLƏR