Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “Avro Qrand” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, “Yayla” MTK Bakı Kommersiya Məhkəməsində “Avro Qrand” MMC-yə qarşı iddia qaldırıb.
İş hakim Fərrux Qasımovun icraatına verilib.
İşin mahiyyəti podrat müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, sözügedən şirkətlərin dövlətə borcu yaranıb.
Bu günə olan rəsmi məlumata görə, “Avro Qrand” MMC-nin 1 milyon 421 min 476 manat, “Yayla” MTK-nın isə 4003 manat dövlət büdcəsinə vergi borcu var.
İbRa
















