• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

DSMF-dən pensiya ilə bağlı vacib AÇIQLAMA

CƏMİYYƏT

12 Yanvar 2022 | 17:24

DSMF-dən pensiya ilə bağlı vacib AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu bəzi pensiyaçıların pensiyasının artmamasının səbəblərini açıqlayıb.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, ölkədə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.

Qeyd olunub ki, bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir və onların pensiyaları yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir: "Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək artırılması isə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq. Həmin artım tətbiq olunduqda bu barədə məlumat veriləcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026