• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

DTX-nın əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib

SİYASƏT

12 May 2026 | 11:13 | Müəllif: Əli Hüseynov

DTX-nın əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunub.

Bakıvaxtı.az
xəbər verir ki, mürəkkəb relyef və sərt iqlim şəraitinə baxmayaraq, yürüş iştirakçıları təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıb, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026