• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dul qadın donqarlığı sindromu: paltarla belə gizlətmək olmur

CƏMİYYƏT

08 Iyun 2022 | 07:30 | Müəllif: Qalib İbrahimoğlu

Dul qadın donqarlığı sindromu: paltarla belə gizlətmək olmur

Dul qadın donqarlığı sindromu - qadınlarda menopauza dövründə yeddinci boyun fəqərəsi ətrafına piy toxumasının yığılması ilə xarakterizə olunur. Bu patologiya 45-50 yaşlı qadınlar arasında rast  gəlinir.

Bakıvaxtı.az-ın məlumatına görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bildirib ki, bəzən bu sindroma lipoma, piyin yığılması kimi adlar da verilir. Onun sözlərinə görə, bu patologiya hətta ideal bədən quruluşuna sahib olan qadınlarda belə hormonal dəyişiklik fonunda və ya digər faktorlarla əlaqədar olaraq yarana bilər.

"Qadınlarda klimakterik yaş dövrünün ilk 2 ilində qanda estrogenlərin miqdarı artır, daha sonrakı dövrdə onların reproduktivliyi azalmağa doğru gedir", - deyən P.Əkbərov qeyd edib ki, estrogenlərin azaldığı dövrdə qanda testosteroidlərin miqdarı dəyişilməz qalır ki, bu da nisbi olaraq qanda onların miqdarını artırır. Həkim qeyd edib ki, bu səbəbdən də piylənmə kişi tipli olur, piy toxuması onurğanın 7-ci boyun fəqərəsi səviyyəsində, əllər və qarın nahiyəsinə cəmlənir:

P.Əkbərov bildirib ki, boyunun arxasında yaranan donqarlığı hətta paltarla belə gizlətmək olmur: "Dul qadın donqarlığı sindromu zahiri görünüşdə yaranmış defektlə yanaşı qamət pozğunluğu, səhhətdə yaranan müxtəlif problemlərlə də özünü büruzə verir. Boyun nahiyəsinə toplanan piy toxuması boyun fəqərələrnin yanı boyu keçən arteriyaları sıxır. Bu damarlar baş beyini qanla təmin edir, ona görə də onların kompressiyası baş ağrıları, ürəkbulanma, təzyiqin tez tez dəyişməsi və baş gicəllənmə kimi hallara yol açır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR