• Bakı 22° C

    5.14 m/s

"Dünənki hadisə planlaşdırılmış təxribat idi" - XİN başçısı

SİYASƏT

12 Aprel 2023 | 13:07 | Müəllif: Qalib İbrahimoğlu

"Dünənki hadisə planlaşdırılmış təxribat idi" - XİN başçısı

"Dünən baş verən hadisə planlaşdırılmış təxribat idi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə. həmin ərazidə Ermənistan hərbçilərinin olması onu göstərir ki, düşünülmüş plan var idi.

Ceyhun Bayramov qeyd edib ki, laçınlıların 2023-cü il ərzində Laçına qayıtmaları planlaşdırılır. Mina təhlükəsi və bu kimi addımlar onların qayıtmasını önləməyə yönəlib. Ermənistanın təxribatları davam edərsə cavabımız onlar üçün çox ağır olacaq. Sülh prosesinin alternativsiz olduğu Azərbaycan tərəfindən irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026