• Bakı 18° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Dünənki zərbələrdən sonra aeroport işini dayandırdı - VİDEO

DÜNYA

07 May 2025 | 10:25

Dünənki zərbələrdən sonra aeroport işini dayandırdı - VİDEO

Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanı İsrail ordusunun zərbələrindən sonra fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı hava limanının direktoru Xaled aş-Şayef “X” hesabında paylaşıb. 

Onun sözlərinə görə, aeroport növbəti göstərişə qədər bütün reyslərin qəbulunu və yola salınmasını dayandırıb. 

Xatırladaq ki, İsrail ordusu mayın 6-da Yəmənə genişmiqyaslı zərbələr endirib. Zərbələrin əsas hədəfi Səna aeroportu olub. Nəticədə hava limanının əsas sərnişin terminalı və bütün texniki məkanlar dağıdılıb, ərazidə olan bir neçə mülki təyyarə isə yanıb.


SON XƏBƏRLƏR

07 May 2025