“İnşallah bu gün-sabah Laçında ay-ulduzlu bayraqlarımız yan-yana dalğalanacaq. Sonra isə Xankəndində. Bu qaçılmazdır. Sonra Zəngəzur dəhlizi açılacaq. Çünki bu, bizim haqqımızdır. Tarix, hər şey əslinə qayıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Telman Nüsrətoğlu bildirib.
T. Nüsrətoğlu bildirib ki, Türk dünyasının mənsubları olaraq Avrasiyada türk-rus barışığının nəhəng kimi ayağa qalxmış Çin qarşısında və bu geniş meydanda yaşayan bütün xalqların xeyrinə olacağına inanırıq:
“Davamlı meydan oxuyan Amerika imperializminin önünə qan və gözyaşı, qarşıdurma və ölüm əvəzinə rifahın gələcəyini düşünürük. Lakin, ilk növbədə, rus mütəfəkkirləri bilməlidirlər ki, nə çoxmillətli Rusiya Federasiyasında, nə də Avrasiyada istibdadın, müstəmləkəçiliyin, rus millətçiliyinin şovinizmə yuvarlanması ilə sağlam yerə çata bilməzlər. O tarixin gedişatını, demoqrafik geriləmələri, dünyanın tarazlığında Türkiyənin əsas rolunu, yüksələn Türk-İslam dünyasının alternativlərini yaxşı oxumalıdırlar. Türkiyə 2012-ci ildə ikinci dünya müharibəsindən sonra inkişaf edən və Amerikanın böyük Yaxın Şərq layihəsi olan xaosu alt-üst edən Atlantik prosesinə baxmayaraq, heyrətamiz bir səy və mövqe ilə dünyanın böyük güclərinə meydan oxuyaraq kursunu dəyişən bir ölkədir”.
Politoloq qeyd edib ki, Türkiyə türk dünyası ilə daha böyük və güclüdür:
“Azərbaycan Qafqazın ulduzudur. Onun ordusu dünyada çox az ölkənin qısa müddətdə əldə edə biləcəyi qələbəyə nail olub. Niyə KTMT-nin sülhməramlı qüvvəsi olmalıdır, amma TDT-nin yox? Nə üçün Qazaxıstan və ya Türkmənistan öz neft və qazını istədikləri marşrutla dünya bazarlarına çıxarmaq hüququna malik olmasın? Krım türklərinin öz vətənlərində tarixi-mədəni və siyasi hüquqları niyə pozulmalıdır? Güclərin sağlam tarazlığını davam etdirmək və güc zəhərlənməsinin qarşısını almaq üçün Avrasiyanın və dünyanın həqiqətən də türk ədalətinə və yüksəlişinə ehtiyacı var. Şükürlər olsun ki, biz hazırda o birliyin, yüksəlişin şahidiyik”.
Nuranə Daxilqızı
















