• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hər gün 2-3 fincan çay içmək ölüm riskini azaldır

CƏMİYYƏT

23 Sentyabr 2022 | 14:51 | Müəllif: Qalib İbrahimoğlu

Hər gün 2-3 fincan çay içmək ölüm riskini azaldır

ABŞ alimləri 2006-2010-cu illər arasında 500 min insanı təqib edərək apardıqları araşdırmada hər gün çay içən insanların ölüm riskinin çay içməyənlərə nisbətən 9-13 faiz aşağı olduğunu ortaya qoyublar. Araşdırmanın nəticələri “Annals of Internal Medicine” Akademik tibb jurnalında dərc olunub.

Bakıvaxtı.az xəbər verir ki, Guardian-da dərc olunan araşdırmaya görə, burada İngiltərədə genetik meylin və ətraf mühitə məruz qalmanın xəstəliklərin inkişafına töhfəsini araşdıran UK Biobank-dan toplanmış məlumatlardan istifadə edilib.

ABŞ Milli Sağlamlıq İnstitutunun alimləri süd, şəkər və ya soyuq çay içməyin tədqiqatın nəticəsini dəyişmədiyini vurğulayıblar.

Madrid Muxtar Universitetinin profilaktik tibb və ictimai sağlamlıq professoru. Dr. Fernando Rodriguez Artalejo araşdırmanı "sahədə əhəmiyyətli bir irəliləyiş" olaraq xarakterizə edib. Araşdırma haqqında danışan Artalexo ürək-damar xəstəliklərindən ölüm nisbətlərinə toxunub.

Bu məqalə göstərir ki, müntəzəm qara çay istehlakı orta yaşlı, əsasən ağdərili indanlarda 10 il ərzində ürək-damar xəstəliklərindən ölüm hallarının cüzi dərəcədə azalması ilə əlaqələndirilir. Prof. Dr. Artalexo ölüm riskini azaldan faktorun çay olduğunu, ancaq bunun hələ müəyyən edilmədiyini və araşdırmada araşdırılması lazım olan bir çox faktorun olduğunu vurğulayıb.

Aytac Aslan

 

​​​​​​​

 

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR