• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Duqinanın qətlində daha bir ad

DÜNYA

29 Avqust 2022 | 15:50 | Müəllif: Qalib İbrahimoğlu

Duqinanın qətlində daha bir ad

Rusiyalı politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın qətli ilə bağlı hər gün yeni təfərrüatlar ortaya çıxır.

Bakıvaxtı.az xəbər verir ki, indi də Rusiya Federal Təhlükəsizlik Xidməti Duqinaya sui-qəsdinin arxasında Natalya Vovkun durduğunu ortaya çıxarıb.

Digər tərəfdən, FSB sui-qəsddə iştirak etdiyi iddia edilən ikinci adı da açıqlayıb. Açıqlamada bildirilir ki, ukraynalı şübhəli şəxs Boqdan Tsqanenko Natalya Vovka saxta nömrə və sənədlərin alınmasında köməklik göstərib, partlayıcının hazırlanmasında iştirak edib.

44 yaşlı Tsqanenkonun iyulun 30-da Estoniya üzərindən Rusiyaya gəldiyi və sui-qəsddən bir gün əvvəl ölkəni tərk etdiyi açıqlanıb.

Qeyd edək ki, Darya Duqina Moskva vilayətində getdiyi avtomobilin partlaması nəticəsində dünyasını dəyişib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026