• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Keçmiş erməni nazir görün harada işləyir

DÜNYA

28 Sentyabr 2022 | 15:30

Keçmiş erməni nazir görün harada işləyir

Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkənin istirahət mərkəzlərinin birində çalışmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzetin əldə etdiyi məlumata görə, Mnatsakanyan Enokavan bölgəsində yerləşən “Apaga Resort” istirahət kompleksində menecer işləyir.

Jurnalistlər keçmiş nazirlə əlaqə yaratmağa çalışsa da, buna nail olmayıblar. Nazirin yeni işi ilə bağlı məlumatlar ölkə mediasında marağa səbəb olub.

Xatırladaq ki, 56 yaşlı Zöhrab Mnatsakanyan 2018-2020-ci illərdə Ermənistanın xarici işlər naziri olub. Erməni mediası onun hələ də cari ölkə rəhbərliyi ilə təmasda olduğunu iddia edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026