• Bakı 12° C

    11.39 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

DYP yorğun halda avtomobil idarə edənlərə müraciət edib

CƏMİYYƏT

02 Dekabr 2025 | 11:25

DYP yorğun halda avtomobil idarə edənlərə müraciət edib

Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol qəzalarının əsas səbəblərindən biridir. Təqdim olunan videogörüntülər bir daha deməyə əsas verir ki, belə hallar dəfələrlə neçə-neçə insanın həyatına son qoyan ağır yol-nəqliyyat hadisələri ilə nəticələnib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Baş Dövlət Yol Polisi(DYP) İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DYP tərəfindən bu haqda çağırışların edilməsinə, zəruri qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüf ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, iş və istirahət rejiminə əməl etmədən sükan arxasında əyləşənlər tapılır.

“Baş Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyi növbəti tədbir zamanı da sürücülərlə bu mövzuda zəruri izahahat işləri, maarifləndirici söhbətlər aparılıb. Xüsusilə yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə iş və istirahət rejiminə əməl etməyin vacibliyi xatırladılıb, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin əhəmiyyəti izah olunub, zəruri tövsiyələr verilib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu qəbildən olan tədbirlər davamlı olaraq təşkil edəcəkdir”,-deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

01 Dekabr 2025