2019-cu ildə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Mobil məhkəmə” proqram təminatının ictimai təqdimatı keçirilib.
Rəsmi açıqlamaya görə, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət edən “Mobil məhkəmə” istifadəyə verilib.
"Mobil məhkəmə" proqram təminatını şəxslər öz telefonlarına yükləyərək "Elektron məhkəmə" informasiya sisteminin imkanlarından mobil qaydada istifadə edə və faydalana bilərlər.
“Mobil məhkəmə” tətbiqi vasitəsilə isə smartfonla sənədlər və qərarlarla məhkəməyə gəlmədən tanış olmaq, əlavə məlumat təqdim etmək mümkündür.
İKT üzrə ekspert Osman Gündüz Bakıvaxtı.az-a bildirib ki, “Mobil notariat" sistemində identifikasiya və digər məsələlər həll olunduğu halda onlar mobil məhkəməyə inteqrasiya olunmayıb.
“Elektron məhkəmə” portalının da dizaynı xeyli köhnəlib, interfeysi və funksionallığı istifadəçi üçün rahat deyil. Bu baxımdan “Mobil məhkəmə”nin hazırlanması da “Elektron məhkəməədən və Vahid Məhkəmə Portalından daha effektiv istifadəyə kömək olardı, mobil telefonla məhkəmə baxışlarında iştiraka şərait yaradardı, məhkəmələrə əlçatanlıq və ictimai nəzarət imkanlarını da genişləndirdə bilərdi”, - deyə O.Gündüz bildirib.
Ramid İbrahimov
















