• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

ƏƏSMN: 6 ayda 200 minədək e-arayış verilib

CƏMİYYƏT

26 Iyul 2023 | 13:07 | Müəllif: Qalib İbrahimoğlu

ƏƏSMN: 6 ayda 200 minədək e-arayış verilib

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə 200 minədək e-arayış verilib.

Bu barədə Bakıvaxtı.az-a ƏƏSMN-dən bildirilib.

BQeyd olunub ki, son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 e-arayış xidməti istifadəyə verilib.

Nazirliyin e-arayış xidmətləri vətəndaşlara iş yerinə və əlilliyə dair,  pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

 


ƏƏSMN: 6 ayda 200 minədək e-arayış verilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR