• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“El oğluyam, ana dilimi yaşadıram” - Güneydə yaşayan soydaşımızla MÜSAHİBƏ

MÜSAHİBƏ

07 Iyul 2023 | 12:17

“El oğluyam, ana dilimi yaşadıram” - Güneydə yaşayan soydaşımızla MÜSAHİBƏ

Sosial şəbəkələrdə rastımıza daha tez-tez çıxan paylaşımlardan biri də əhaliyə “Ən bəyəndiyiniz Azərbaycan mahnısı” sualını verib, hansısa bir mahnının adı çəkiləndə onu ifa edən gəncin paylaşımlarıdır. Əslən Güney Azərbaycandan olan soydaşımız Mehdi Sərvəri Azərbaycan musiqisinin təbliğindən zövq aldığını deyir.

Mehdi Sərvəri Bakıvaxtı.az-a müsahibə verib.

Müsahibəni təqdim edir.

- Mehdi Sərvəri kimdi? Özünüzü Azərbaycan oxucusuna necə təqdim edərdiniz?

- Əvvəla, hər kəsə salamlarımı, əziz soydaşlarıma sonsuz hörmətimi bildirirəm.

Mən Mehdi Sərvəri 1997-ci ildə Güney Azərbaycanın Sulduz şəhərində anadan olmuşam.

Və özümü də qısaca olaraq belə tanıtdırmaq istəyirəm: “Mən el oğluyam, ana dilimi yaşadıram”.

- Sosial şəbəkələrdə Azərbaycan mahnılarını ifa etdiyiniz çoxlu paylaşımlarınız var. Azərbaycan musiqisinə sevgıniz hardandı?

- Hər bir azərbaycanlı anadan bu hisslər və duyğular ilə doğulur... Necə ki, analarımız da doğma Azərbaycan dilində söylədikləri laylalar ilə bizim ruhumuzu oxşayıblar.

- Ürmu küçələrində Azərbaycan mahnılarını ifa etməyiniz necə qarşılanır?

- Xalq içində çox sevilir. Hətta o dərəcədə yaxşı qarşılanır ki, digər şəhərlərdən də mənə bununla bağlı təkliflər gəlir.

- Azərbaycan mahnılarını hardan öyrənirsiniz?

- Azərbaycan mahnılarını birinci növbədə müəllimim Peyman Moxberidən öyrənmişəm. Müəllmim o gözəl mahnıları mənə akademik səviyyədə öyrədir. Bundan başqa, sosial şəbəkələrin Azərbaycan seqmentindən də yararlanıram.

- Həm də tibb qardaşısınız. Xəstələrə heç Azərbaycan mahnısı oxuyursunuz?

- Bəli. Yaydığım paylaşımların içində də var. Cismi sağlamlıq yardımlardan sonra, ruhi sağlamlığımız isə musiqilərlə mümkün olur.

- Azərbaycanda olubsunuz?

- Yox, amma olmağı çox arzulayıram.

- Heç Azərbaycanda musiqi təhsili almaq barədə düşünürsünüz?

- Əlbəttə. Ancaq hardan və necə başlamaq lazımdır, təəssüf ki, bilmirəm. Amma bir imkanım olarsa, təbii ki, orda təhsil almağı sevə-sevə düşünürəm.

- Azərbaycanın hansı bəstəkarlarının musiqilərinə mûraciət edirsiniz?

- Azərbaycan musiqiləri bizim qanımıza hopub. Daha çox Emin Sabitoğlunun, Tofiq Quliyevin bəstələrinə müraciət edirəm. Allah rəhmət eləsin, onların musiqilərini ruhuma yaxın sayıram.

- Azərbaycandan hansısa müğənni ilə əlaqəniz varmı?

- Azərbaycan Dillər Universitetində olan Şahverən Babayev, "Səs Azərbaycan - doğma nəğmələr" yarışmasının iştirkçısı Cəlal Məlikov ilə əlaqədəyik

- Sizin başqalarına verdiyiniz sualı indi biz sizə ünvanlayırıq: Ən bəyəndiyiniz Azərbaycan mahnısı?

- “Qarabağ” mahnısı. Anadır arzulara hər zaman Qarabağ.

Biz bu mahnını toylarımızda da oxuyuruq.

Murad Məmmədli


SON XƏBƏRLƏR

26 Iyul 2024