• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat aldı

İDMAN

27 Iyun 2023 | 11:30

Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Bakıvaxtı.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada “Jalgiris” və Şimali Makedoniyanın “Struqa” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsnin ilk oyununu idarə edəcək.

Məsiyevə laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaq.

Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026