• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Elektrikli skuterlə bağlı yeni qərar

DÜNYA

30 Mart 2023 | 13:41

Elektrikli skuterlə bağlı yeni qərar

Fransa hökuməti elektrikli skuterlərdən istifadə yaşını 12-dən 14-ə qaldıran qətnamə qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, digər tərəfdən, hökumət skuterlərin istifadəsinə daha yaxşı nəzarət etmək üçün yeni qaydalar da tətbiq edəcək.

Fransanın nəqliyyat naziri Klement Beaune yerli mediaya ölkədə elektrikli skuterlərin istifadəsini daha yaxşı tənzimləmək üçün qüvvəyə minəcək yeni qaydaları açıqlayıb.

2 milyondan çox fransızın öz elektrikli skuterinə sahib olduğunu deyən Beaune ölkədə bu vasitənin istifadəsinin artması ilə qəzaların sayının artmasına diqqət çəkib.

Nazir qeyd edib ki, qərarla elektrikli skuterlərdən istifadə yaş həddi 12-dən 14-ə yüksələcək.

Beaune bu maşınlara 2 nəfərin minməsi halında cərimənin 135 avroya qədər artacağını, Parisdə baş verən hər 5 qəzadan birinin 2 nəfərin elektrikli skuter sürməsi ilə baş verdiyini bildirib.

Nazir Beaune, elektrikli skuter xidmətləri göstərən şirkətlərin "öhdəlik bəndi" imzaladığını söyləyib.

Bu kontekstdə şirkətlər skuter istifadəçilərinin yaşını izləmək və hər skuterə kiçik nömrə taxmaq barədə razılığa gəliblər.

Paris bələdiyyəsi bazar günü şəhərdə elektrik skuterlərindən istifadəyə dair referendum keçirəcək.

Parislilər sözügedən skuterlərdən istifadəni davam etdirmək və ya qadağan etmək arasında seçim etməli olacaqlar.

Ay Tac


SON XƏBƏRLƏR