• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Elektrikli velosiped ölümləri rekord həddə çatıb

DÜNYA

23 Yanvar 2024 | 09:27

Elektrikli velosiped ölümləri rekord həddə çatıb

İqlim böhranı ilə mübarizədə təsirli nəqliyyat üsullarından biri olaraq görülən elektrikli velosipedlər Nyu Yorkda rekord sayda yanğına səbəb olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, elektrik velosipedləri şəhərdə 267 yanğına səbəb olub.

Bu yanğınlarda 18 nəfər həlak olub, 150 nəfər yaralanıb. Bu rəqəmlər 2023-cü ildə elektrikli velosiped yanğınlarından itkilərin 200% artacağı anlamına gəlir.

Rəsmi məlumatlara görə, ABŞ-da 2019-2022-ci illərdə elektrikli velosiped satışları 269% artıb.

Təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edir ki, elektrikli velosipedlərin litium-ion akkumulyatorları nəzarətsiz şəkildə qızıb partlaya bilər.

Xatırladaq ki, Nyu-York meri Erik Adams da bir neçə ay əvvəl verdiyi açıqlamada elektrikli velosipedlərin yaratdığı təhlükəyə diqqət çəkərək bunları demişdi: "Şəhərdə bu batareyalara görə 100-dən çox insan dünyasını dəyişib. Baxanda görürük ki, akkumulyatorlar təzələnib. Mağazalar akkumulyatorları açıb təzələyir, hər kəs bunu özünəməxsus şəkildə edir. Bu, təhlükəsizlik problemidir".

Qeyd edək ki, elektrikli velosipedlər yalnız Nyu Yorkda deyil və yaratdığı problemlər yalnız akkumulyatorun həddindən artıq qızması ilə məhdudlaşmır. Keçən iyul ayında Kaliforniyanın Encinitas şəhərində elektrik velosiped sürən iki uşağın iştirak etdiyi qəzada uşaqlardan birinin ölməsindən sonra fövqəladə vəziyyət elan edilmişdi. Bu yaxınlarda Kaliforniya və Oreqon ştatlarının digər yerlərində də oxşar ölümlə nəticələnən qəzalar baş verib.

Mütəxəssislər vurğulayırlar ki, sürücülərin təcrübəsizliyi və elektriklə işləyən velosipedlərin saatda 35 kilometrdən çox sürət yığa bilməsi belə problemlər yaradır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR