• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Əlilliyi olan şəxslərlə bağlı MÜHÜM XƏBƏR

CƏMİYYƏT

13 Yanvar 2025 | 12:52

Əlilliyi olan şəxslərlə bağlı MÜHÜM XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ötən il əlilliyi olan şəxsləri 97 min reabilitasiya vasitəsi ilə təmin edib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlardan 7 mini təkərli oturacaq (o cümlədən 308-i mühərrikli təkərli oturacaq), 2,1 mini aşağı və yuxarı ətraf protezi, 2,3 mini eşitmə aparatı, 3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmin şəxslərə 3,6 min cüt protez ayaqqabı, 6,6 min ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.

Ümumilikdə, son bir ildə 12,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.


SON XƏBƏRLƏR