• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Əlimdəki səs yazılarını yayaram...”- Aynur Dadaşova Niyamı HƏDƏLƏDİ

MƏDƏNİYYƏT

19 Iyul 2023 | 16:43

"Əlimdəki səs yazılarını yayaram...”- Aynur Dadaşova Niyamı HƏDƏLƏDİ

Müğənni Aynur Dadaşova açıqlaması ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, müğənni qatıldığı verilişlərin birində keçmiş duet ortağı Niyam Salami haqqında danışıb.

Onun sözlərinə görə, keçmiş dostluğun xətrinə bu gün susub danışmır: “Niyam dostum, canımdır. Onun qabiliyyəti, qanacağı ora qədərdir. Ona nələrsə deyib, tövsiyə etməyəcəyəm. Niyamın az yaşı yoxdur. O, öz səviyyəsində, mən də öz səviyyəmdə danışıram. Mənim xanımlığım, şəxsiyyətim var. Özüm-özümə dəyər verdiyim üçün heç zaman dost haqqında artıq söz demərəm. Niyam əgər məndən uzaq durursa, məcbur onu danışdıra bilmərəm. Danışmırsa, mənimlə, danışmasın. Özü bilər. Deyim ki, Niyamla aramızda sözümüz olub və bir-birimizə hansısa artıq sözlər demişik, xeyr. Niyam haqqımda hansısa aqressiv və xoşagəlməz sözlər deyə bilər. Hərənin öz tərbiyəsi var. Əgər bir insana dost deyib, çörək kəsirsənsə, necə onun haqda pis söz deyə bilərsən? Bəs zamanında mənə dost deyirdin?"

"Dost dediyim insan haqqında pis danışa bilmərəm. Çünki özüm də bu sahədəyəm. Hər kəsin öz düşüncəsi, qabiliyyəti var. Mənə gündəm və qalmaqal lazım olsaydı, telefonumdakı səs yazmalarını çıxarardım ortalığa. Mənə belə şeylər yox, sənətim, xanımlığım lazımdır",-deyə müğənni bildirib.

Qeyd edək ki, keçmiş duet ortaqları restoran biznesinə görə küsüblər. A.Dadaşova N.Salaminin restoranına yaxın bir yerde obyekt açdığı üçün araları dəyib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR