• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Elm üçün 1 ay belə qidalandı: Şok nəticə

CƏMİYYƏT

25 Aprel 2023 | 12:32

Elm üçün 1 ay belə qidalandı: Şok nəticə

Ultra işlənmiş qidaların insan sağlamlığına mənfi təsiri danılmazdır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu əyani sübut etmək üçün həkim Chris van Tulleken bir ay ərzində diyetinə ultra işlənmiş qidalar əlavə edib. Nəticədə o, bir neçə həftədə 6 kilo çəki alıb, ağrıyıb, özünü yorğun və əsəbi hiss edib. Bir sözlə, o, aludəçiyə çevrilib.

Chris van Tulleken qeyd edib ki, işlənmiş qidaların istehlakı ilə bağlı suallara cavab almaq üçün bir ay davam edən təcrübə nəticəsində pəhrizinin 80 faizini ultra işlənmiş qidalar tutmağa başlayıb.

Cəmi bir neçə həftə ərzində 6 kiloqram kökəldiyini bildirən həkim özünü 10 yaş qocalmış keçmiş kimi hiss etdiyini deyib.

Təcrübənin sonunda MRT müayinələri beynin yeni yollar inkişaf etdirməyə başladığını ortaya qoyub. Bunun qidadan daha çox asılılıq yaradan uyuşdurucularla əlaqəli bir vəziyyət olduğu qeyd edilib.

Ultra işlənmiş qidaların alkoqol və ya narkotik kimi asılılıq yarada biləcəyi sualına həkim belə cavab verib: "Son vaxtlara qədər elm adamlarının çoxu yeməyin asılılıq yaratmasının qeyri-mümkün olduğuna inanırdılar. Amma mən öz təcrübəmdən bilirəm ki, bəzi ultra emal olunmuş qida növlərinə (xüsusilə də hazır yeməklərə) çox güclü "asılılıq" hiss edirdim."

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026