• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

ƏMDX-nin www.e-emlak.gov.az portalı ləğv edilir

MULTİMEDİA

14 Aprel 2025 | 16:52

ƏMDX-nin www.e-emlak.gov.az portalı ləğv edilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət istiqamətləri üzrə həyata keçirilən elektron xidmətlərin təqdim edildiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) 1 may 2025-ci il tarixindən ləğv edilir.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Xidmətindən bildirilib.

    Portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib. Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.

    Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərdən istifadə etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) daxil olaraq müvafiq bölməyə keçid edə bilərlər.


    SON XƏBƏRLƏR

    15 Aprel 2025