• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Enerji təhlükəsizliyi bu gün hər zamankından daha önəmlidir” - İlham Əliyev

SİYASƏT

18 Iyul 2022 | 16:45

“Enerji təhlükəsizliyi bu gün hər zamankından daha önəmlidir” - İlham Əliyev

Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.

“Biz artıq bu əməkdaşlığın müsbət faydalarını görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir. Aİ və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq təbii ki, böyük bir aktivdir. Bu il biz Aİ və Azərbaycan arasında neft və qaz, alternativ enerji, su enerjisi səmərəliliyi və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq”, - dövlət başçısı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026