• Bakı 7° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan Kamran Əliyevi qəbul etdi

SİYASƏT

24 Oktyabr 2023 | 18:49

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, görüşdə Baş katibi Kubanıçbek Omuraliev də iştirak edib. Görüşdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edib.

Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, K.Əliyev TDT Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026