• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Moskvanın Paşinyanı devirmək cəhdi: Ermənistanın əl-qolunu bağlayan Kremlin siyasəti olub

SİYASƏT

23 Noyabr 2023 | 13:49 | Müəllif: Qalib İbrahimoğlu

Moskvanın Paşinyanı devirmək cəhdi: Ermənistanın əl-qolunu bağlayan Kremlin siyasəti olub

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib ki, 2021-ci ildə erməni müxalifəti dəstək istəyi ilə Moskvaya müraciət edib. O, Rusiyanın müxalifətə dəstəkdən imtina etməsinə də münasibət bildirib. Deyib ki, Rusiya tərəfi hakimiyət dəyişikliyinin üçtərəfli bəyanata təsir göstərə və yeni müharibəyə səbəb ola biləcəyi səbəbi ilə bundan imtina edib.

Zatulin hazırda Ermənistanda Rusiyaya ictimai dəstəyin azalmaqda olduğunu və buna səbəb kimi Ermənistanda səhərdən axşama kimi internetdə, televiziyada və s. insanların Rusiyaya qarşı “beyinlərinin yuyulması” olduğunu deyib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bir nömrəli provokatordur.

Ekspert bildirib ki, əslində qatı ermənipərəst mövqedə olan Zatulin İrəvan-Moskva gərginliyinə görə, Ermənistanı ittiham edir, ağlına gələni danışır: "Erməni müxalifətinin Moskvaya Paşinyanı devirməklə bağlı müraciəti, Kremlin də "bəyanat və yeni müharibə" səbəbi ilə bundan imtina etməsi absurd və gülüncdür. Hamı gözəl bilir ki, Rusiya Ermənistan baş naziri Nikol Paşinyanı devirmək üçün dəfələrlə cəhd edib. Paşinyanı Koçaryan, yaxud Sarkisyanla əvəzləmək üçün hər yola baş vurub, amma buna nail olma bilməyib. Çünki Paşinyan hakimiyyəti Qərb tərəfindən qorunur”.

Qabil Hüseynli: Zatulin İrəvan-Moskva gərginliyinə görə, Ermənistanı ittiham edir, ağlına gələni danışır

Onun sözlərinə görə, Ermənistan mətbuatının Rusiya barəsində nəsə yazıb-yazmaması mövcud reallığı dəyişmir: “İrəvan-Moskva gərginliyinin səbəbləri bəllidir. İrəvan hökuməti, o cümlədən erməni cəmiyyəti Rusiyanı konkret məsələlərə görə, ittiham edir, suçlayır. Bəyan edirlər ki, Ermənistanın əl-qolunu bağlayan, bu vəziyyətə düşməsinə səbəb olan Kremlin siyasəti olub. Zatulinin özü Rusiya ilə postsovet məkanındakı ölkələrin arasını vuran, qızışdıran təxribatçı olub".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR