• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ərdoğanın Azərbaycan səfəri: Nələr müzakirə olunacaq?

SİYASƏT

13 Iyun 2023 | 10:29 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğanın Azərbaycan səfəri: Nələr müzakirə olunacaq?

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu səfəri daha çox protokol qaydasına uyğun olaraq həyata keçirilir. Belə ki, Türkiyə prezidentləri adətən seçkidən sonra ya ilk, ya da ikinci səfərlərini Azərbaycana edirlər. Əslində nəzərə alsaq ki, Şimali Kipr Türk Cumhuriyyəti dünyada digər dövlətlər tərəfindən tanınmır, onda ilk rəsmi səfər əsasən Azərbaycana edilmiş olur".

Bunu Bakıvaxtı.az-a politoloq Turab Rzayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu da Azərbaycanın Türkiyə üçün önəmini xüsusi olaraq vurğulayan bir məqamdır: "Əlbəttə, bu səfər protokol çərçivəsində olsa da, burda düşünürəm ki, bir sıra maraqlı məsələlər müzakirə olanacaq. Bunlardan biri də Azərbaycanla hərbi əməkdaşlıqdır, çünki Azərbaycan ordusunu hazırlamağa gücləndirməyə xüsusi önəm verir. Bilirsiz ki, Qarabağda hər an silahlı toqquşmalar ola bilər. Bundan başqa, yerləşdiyimiz bölgə kifayət qədər riskli, fərqli siyasi hadisələrin baş verə biləcəyi regiondur. Ona görə də, effektiv şəkildə burda profişessional ordunun Azərbaycanda yaradılmasına ehtiyac var. Bu istiqamətdə danışıqlar aparılacaq, Azərbaycan Türkiyə arasında hərbi əməkdaşlıq məsələsi gündəmə gətiriləcək. Azərbaycanın işğaldan azad edilmiş əraziləri və Qarabağ məsələsi gündəmin əsas hissəsini təşkil edəcək”.

Poliyoloq deyib ki, bugünkü görüşlərdə Türkiyə ilə Azərbycan arasında iqtisadi, enerji, eyni zamanda nəqliyyat və kommunikasiya münasibətləri müzakirə ediləcək: “Ola bilsin ki, gələcəkdəki enerji ixracı və enerji tranzitində Azərbaycanın və Türkiyənin birgə iştirakı ilə bağlı qərarlar qəbul olunsun. Türkmənistandan transxəzər qaz xəttinin çəkilməsi, Türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə göndərilməsi və yaxud Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması və.s məsələlər ələ alınacaq”.

“Zəngəzur dəhlizi müzakirə mövzusu ola bilər. Orta dəhlizin inkişaf etdirilməsi, Bakı-Tbilisi-Qars və.s istiqamətlərdə əsaslı müzakirələr aparılacaq", - deyə Turab Rzayev əlavə edib.

Cavad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026