"Həyat yoldaşım bu səfərdə yanımda olmayacaq, çünki hələ də pozitivdir".
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan BƏƏ-yə səfəri öncəsi deyib.
Prezident həyat yoldaşının müalicəsinin hazırda davam etdiyini bildirib
"Prosesi yüngül şəkildə davam etdirir. Ümid edirik ki, dualarımızla o, tezliklə bu prosesdən keçəcək", - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan fevralın 5-də koronavirusa yoluxmuşdular. Prezident Ərdoğan ötən həftə COVID-19-dan sağalıb.
Aytac aslan















