Qarabağdakı daha bir erməni general tutulub.
Bakıvaxtı.az xəbər bu barədə TASS-a istinadla xəbər verir.
Məlumata görə, Azərbaycanın təhlükəsizlik qüvvələri qondarma rejimin ordusunun keçmiş komandanı Levon Mnatsakanyanı saxlayıblar.
Generala yaxın mənbələr onun Laçın keçid məntəqəsində saxlanıldığını bildirir.
***
“Sputnik Ermənistan”ın yaydığı məlumata görə isə, separatçıların “Təhlükəsizlik Şurası”nın keçmiş “rəhbər”i Arşavir Qaramyan da saxlanılıb.
Murad Məmmədli
















