Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan müşavirləri Vaan Kostanyan və Suzanna Avetisyanı vəzifələrindən uzaqlaşdırıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncamlar parlamentin saytında dərc edilib. Başqa bir fərmana əsasən, parlament aparatının rəhbəri Arnak Avetisyan və müavini Samvel Meliksetyan vəzifələrindən uzaqlaşdırılıb. Parlament aparatının protokol şöbəsinin müdiri Artak Ovannisyan və Milli Məclis sədrinin köməkçisi Aşxen Abramyan da vəzifələrini itiriblər.
Yeni seçilmiş Ermənistan parlamentinin sessiyası avqustun 2 -də baş tutacaq. Qanunverici hakimiyyət 8 -ci çağırışda 107 deputatdan ibarət olacaq. Hakim partiya "Vətəndaş Müqaviləsi"ni 71 millət vəkili təmsil edəcək, seçkilərdə ikinci yeri tutan müxalif "Ermənistan" bloku 29 mandat alacaq. Üçüncü yeri 7 mandatla "Şərəfim var" bloku tutdu.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















