• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Ermənistanda daxili mübarizə qızışacaq - Ekspert

SİYASƏT

15 Avqust 2022 | 15:10

Ermənistanda daxili mübarizə qızışacaq - Ekspert

“İrəvandakı partlayışın səbəbi kimi pirotexnika anbarında baş verən yanğın göstərilib. Ola bilər, amma son zamanlar Ermənistanın daxili siyasətində baş verən hadisələr, Paşinyanın Rusiyaya, Qarabağda yerləşən "rusməramlılara" qarşı sərt çıxışı, işğal etdikləri Laçından və ətraf kəndlərdən çıxmaq məcburiyyəti bu tipli hadisələrin təsadüf olması ehtimalını xeyli azaldır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Ekspert qeyd edib ki, çox güman payızda Ermənistanda daxili mübarizə qızışacaq:

“Əgər hakimiyyət dəyişikliyi baş versə və yeni gələn hakimiyyət danışıqları yenidən, sıfırdan başlamağa qərar versə, o zaman Azərbaycanın müasir vasitələrdən istifadə etməklə anti-terror əməliyyatları arta bilər və bu addımlar öncəki anlaşmaların yerinə yetirilməsinə qədər davam etməlidir. Amma paralel olaraq Azərbaycan hökuməti erməni əsilli azərbaycanlıların ölkənin sosial, iqtisadi, siyasi həyatına inteqrasiyası üçün "yol xəritəsi" açıqlamalıdır. "Onlar da digər Azərbaycan vətəndaşları kimi bütün hüquqlara sahib olacaqlar", demək azdır, bunun yolu-yöntəmi elan edilməlidir. Azərbaycanda vətəndaşların haqq və azadlıqları təmin edilməlidir ki, erməni əsilli azərbaycanlılar da bunu görsünlər. Bu haqq-azadlıqlar ilk növbədə seçki, söz və iqtisadi azadlıqların təminatı ilə mümkün və inandırıcı olmalıdır. Və bu ermənilərə görə deyil də, məmləkətin rifahı, inkişafı üçün lazımdır...”

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR