• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ərzaq mağazasında nöqsanlar aşkarlandı

CƏMİYYƏT

24 Noyabr 2022 | 11:03

Ərzaq mağazasında nöqsanlar aşkarlandı

Şamaxıda fəaliyyət göstərən ərzaq mağazasında nöqsanlar aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentliyin Şamaxı regional bölməsinin əməkdaşları tərəfindən rayonun Şəhriyar qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sarxanov İldırım Məmməd oğluna məxsus ərzaq mağazasında planlı yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, saxlama yerlərində təmizliyə nəzarətin zəif olduğu aşkar edilib. Həmçinin, üzərində Azərbaycan dilində etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.

Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək qeyd olunan mallar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.


SON XƏBƏRLƏR

25 Aprel 2024