"Suriyanın yeni hakimiyyət orqanları bu ölkədə Rusiya hərbi bazalarını saxlayarsa, Tallin Suriyaya yardım proqramlarını maliyyələşdirməyəcək".
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.
Onun sözlərinə görə, Rusiya bazaları Suriyada qalmağa davam edərsə, Estoniya Suriyaya maliyyə yardımı göstərməyə razı deyil:
"Həmçinin ölkə hakimiyyəti suriyalı qaçqınlar üçün müvəqqəti müdafiəni uzatmayacaq və evə qayıtmaq istəyən suriyalılara nəqliyyat xərclərində kömək etməyəcək".
Gülşən Şərif