• Bakı 27° C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Ev almaq istəyənlər üçün ŞAD XƏBƏR: Nizamnamə kapitalı artırıldı

CƏMİYYƏT

28 Iyul 2025 | 09:12

Ev almaq istəyənlər üçün ŞAD XƏBƏR: Nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 milyon manatın ayrılması ilə mümkün olub.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır.

Deputat nəzərə çatdırıb ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur:

"Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur".

V.Bayramovun sözlərinə görə, bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir.

"Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.

İndiyədək fond tərəfindən 54 min 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur",-deyə millət vəkili qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR