"Hobbi kimi əvvəl meyxana deyirdim".
Bakıvaxtı.az xəbər verir ki, bunu "Səhər mərkəzi" verilişinin qonağı olan, qiraətçi Xəzər Süleymanlı deyib.
Onun sözlərinə görə, tələbəlik illərində hobbisi meyxana demək olub: "Tələbəlik illərimdə deyirdim meyxana. "Əhmədli məktəbi" deyilən yer var. Meyxanaçılar arasında məşhurdur. Orada meyxana dediklərim arasında indi məşhur olanlar da var”.
X.Süleymanlı bildirib ki, əsgərlikdən qayıtdıqdan sonra şeir yazmağa, səsləndirməyə başlayıb: “Meyxana ağır sənətdir. Gecə səhərədək məclislərdə olurlar. Bu, mənə ağır gəldi. Həm də artıq şeirə yönəldim, meyxana demədim".
Xəyalə Rza











jpeg-1686897447.webp)




