Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada italiyalı həmkarı Antonio Tajani ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Fidan İsrailin Qətərə hücumunu kəskin şəkildə pisləyərək, bunun beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıq olduğunu bildirib.
O, Netanyahunun genişlənmə siyasətinə göz yuman dairələrin artıq oyanmalı olduğunu vurğulayıb.
Nazir həmçinin Türkiyə-İtaliya münasibətlərinin ticarət, enerji və müdafiə sahələrində gücləndiyini qeyd edib. Fidan Aİ-dən Türkiyənin üzvlük prosesinə qərəzsiz yanaşma gözlədiklərini deyib.
O, bölgədə sabitliyin təmin olunması üçün birgə səylərin davam etdiriləcəyini vurğulayıb.
Əli Hüseynov