• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Finlandiyadan Rusiyaya XƏBƏRDARLIQ

DÜNYA

15 Oktyabr 2022 | 16:49

Finlandiyadan Rusiyaya XƏBƏRDARLIQ

Finlandiya nüvə müharibəsi ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Kaykkönen deyib.

O, Rusiyanın nüvə silahından istifadə ehtimalının çox olduğunu bildirib: “Rusiya bu addımı atsa, bu, ölkənin son səhvi olacaq”.

Nazirin sözlərinə görə, həm NATO-nun, həm də Avropa İttifaqının bu addıma reaksiyası sərt olacaq.

Kaykkönenin fikrincə, Qərbin həmrəy olmasına ehtiyac var: “Ukraynaya hər cür kömək göstərilməlidir".

Xatırladaq ki, daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kreml özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR