• Bakı 14° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Söz azadlığından istifadə edilərkən, digər şəxslərin şərəf və ləyaqəti diqqətdən kənarda qalmamalıdır

CƏMİYYƏT

02 May 2025 | 11:15

Söz azadlığından istifadə edilərkən, digər şəxslərin şərəf və ləyaqəti diqqətdən kənarda qalmamalıdır

“Məhkəmə fəaliyyətinə dair informasiyanın açıqlığı öz növbəsində xüsusi yanaşma tələb edən məsələlər dairəsinə aiddir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.

Onun sözlərinə görə, bu istənilən məlumata deyil, vətəndaşların şəxsi həyatına toxumayan, o cümlədən şəxsi və ailə sirri təşkil etməyən məlumatlara əlçatanlığı nəzərdə tutur.

“Bu baxımdan, fikir və söz azadlığından istifadə edilərkən, digər şəxslərin şərəf, ləyaqəti, şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilənin yolverilməz olduğu diqqətdən kənarda qalmamalıdır. Bununla yanaşı, cinayət işləri üzrə məlumatların yayımlanması zamanı təqsiləndirilən şəxslərin təqsirsizlik prezumpsiyasının qorunmalı olduğu, habelə hər hansı iş üzrə yanlış ictimai fikrin formalaşdırılmasının hakimə əsassız təzyiqlə nəticələnərək, onun daxili inamına uyğun qanuni qərar qəbul etməsinə mane olacağı nəzərə alınmalıdır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR