• Bakı C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Formula 1: Azərbaycan Qran Prisinin biletləri neçəyə olacaq?

FORMULA 1

18 Fevral 2022 | 12:23

Formula 1: Azərbaycan Qran Prisinin biletləri neçəyə olacaq?

Bakı Şəhər Halqası (BŞH) 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verir.

Bu barədə Bakıvaxtı.az-a BŞH-dan bildirilib.

Qeyd olunub ki, 10-12 iyun 2022-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına fevral ayının 22-dən etibarən start verilir.

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azərkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 AZN, üç günlük tribuna biletləri 280 - 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 AZN aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR